Project Description

RealSafety MMC olaraq Bakı şəhəri . Nəsimi rayonu.Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında avtomatik qazla yanğın söndürən (FM200) sistemi qurulub, yüksək səviyyədə təhvil verilmişdir.

Avtomatik yanğın söndürmə sistemləri içərisində yer alan FM 200 qazlı söndürmə sistemləri; Rəngsiz və qoxusuz olması səbəbindən üstünlük verilir. 25 bar təzyiq altında balonlara doldurulan FM200 maye şəklində mühafizə olunur. Geniş şəkildə istifadə edilən FM-200 qazlı söndürmə sistemləri bu qədər tez-tez üstünlük verilməsinin səbəbi tətbiq edildiyi sahəyə hər hansı bir zərər verməməsi və insan sağlamlığını təhdid edici bir tərəfinin olmamasıdır. İçərisində maye halda olan qaz püskürtmə yolu ilə yanıcı sahəyə tətbiq olunur və FM200 qazı buzlaqlar şəklində yanıcı səthi örtərək bir təbəqə yaradır.

FM 200 qazlı söndürmə sistemlərinə qısa müddətdə müdaxilə etməsi səbəbilə üstünlük verilir. Yanğın həyəcanının işə düşməsindən sonra, alışdırma sistemi avtomatik olaraq hadisəyə müdaxilə edir və təxminən 8 saniyədə yanan səthə püskürmə prosesi həyata keçirir.


Project Details

  • Category: Davam edən
  • Date: 02-06-2021